WUF13: BMT-nin və Azərbaycan Respublikasının bayraqları qaldırıldı

WUF13: BMT-nin və Azərbaycan Respublikasının bayraqları qaldırıldı
17.05.2026 15:31

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil olunduğu Bakı Olimpiya Stadionunda BMT-nin rəsmi bayrağının və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, mərasimdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.

Bayraq qaldırma mərasimi forumun rəsmi başlanğıcını simvolizə edir və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirib.

Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək davam edəcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости