Valeri Modebadze: “Süni intellekt mənfi təsirləri də var"

Valeri Modebadze: “Süni intellekt mənfi təsirləri də var"
05.11.2025 12:43

“Süni intellekt müxtəlif sahələrdə istifadə edilərək cəmiyyətə çoxsaylı faydalar gətirir. Lakin onun mənfi təsirləri də var”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Gürcüstan Texniki Universitetinin Beynəlxalq Münasibətlər üzrə professoru Valeri Modebadze “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda səsləndirib.

Professor bildirib ki, süni intellektin sürətli inkişafı işsizlik problemini dərinləşdirə bilər:

“Bu gün yüz minlərlə insan artıq işini itirib və bu rəqəm zaman keçdikcə artmaqda davam edir. Səbəb aydındır — süni intellekt əvvəllər yalnız insanların görə bildiyi işləri indi daha səmərəli şəkildə yerinə yetirir. Əvvəlcə fiziki fəaliyyətlər üçün yaradılmış bu texnologiya bu gün intellektual sahələrdə də insanı əvəzləyir. Hətta bəzi hallarda süni intellekt zehni tapşırıqları insanlardan daha yaxşı icra edir”.

Valeri Modebadze qeyd edib ki, “Amazon”, “Google” kimi nəhəng şirkətlərin bu texnologiyadan geniş istifadə etməsi süni intellektin iqtisadi və sosial strukturlara təsirini daha da artırır:

“Gələcəkdə milyonlarla insanın işsiz qalacağı proqnozlaşdırılır. Bu, süni intellektin əsas mənfi nəticələrindən biridir və cəmiyyətlər buna hazır olmalıdır”.

Professor süni intellektin digər təhlükəli aspektinə də diqqət çəkib:

“Süni intellekt yalnız iqtisadi sahədə deyil, hərbi məqsədlərlə də istifadə olunur. Xüsusilə, muxtar sistemlərin — yəni insan müdaxiləsi olmadan fəaliyyət göstərən avtomatik qurğuların inkişafı ciddi risk yaradır. Bu sistemlər bəzən müstəqil qərarlar verə bilir və bu, beynəlxalq təhlükəsizlik üçün yeni çağırışlar doğurur”.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости