Serbiya Prezidenti: Azərbaycan–Serbiya ticarəti 5 dəfə artmalıdır

Serbiya Prezidenti: Azərbaycan–Serbiya ticarəti 5 dəfə artmalıdır
17.05.2026 18:30

Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələr daha da genişlənməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkədə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib.

"Ümid edirəm ki, Serbiya və Azərbaycan arasında əməkdaşlığımız üçün yeni sahələr tapacağıq. Çünki ölkələrimiz arasında dostluğun sərhədi olmadığı kimi, iqtisadi əməkdaşlığımızın da sərhədi olmamalıdır. Hesab edirəm ki, ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır və düşünürəm ki, biz buna nail ola bilərik", - deyə Prezident qeyd edib.

O bildirib ki, Serbiyada, xüsusilə ölkənin şərq hissəsində yerləşən spa və dağ kurortları toxunulmamış təbiətə malikdir:

"Serbiya tərəfi Azərbaycan investorlarını ölkəyə cəlb etməyə çalışır və bunu qarşılıqlı əməkdaşlıq kimi qiymətləndirir".

A.Vuçiç əlavə edib ki, Serbiya investorları da Bakı və Azərbaycanın digər bölgələrinə investisiya yatırmaqda maraqlıdırlar.

Serbiya Prezidenti iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdiyini vurğulayaraq bildirib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости