Overçuk Azərbaycan-Rusiya münasibətlərindən danışdı
"Rusiya və Azərbaycan iqtisadi sahədə bir-birini yaxşı başa düşürlər"
TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Azərbaycanla normal iqtisadi münasibətlərimiz var. Bu yaxınlarda Həştərxanda Hökumətlərarası Komissiyanın iclasını keçirdik. Burada hər iki tərəf iqtisadi problemlərimizin olmadığını vurğuladı. Biz bir-birimizi çox yaxşı başa düşürük. Hər şey yaxşı gedir", - Overçuk qeyd edib.