Bakıdakı WUF13 "UN-Habitat" tarixində ən böyük forum olub
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu "UN-Habitat"ın bütün tarixi ərzində ən böyük forum olub.
TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
"Forumda siyasi liderlər, biznes nümayəndələri və başqaları, ümumilikdə 41 minə yaxın insan iştirak edir".