İnformasiya-rabitə xidmətlərinin ümumi dəyəri artdı

İnformasiya-rabitə xidmətlərinin ümumi dəyəri artdı
13.04.2026 14:48 Экономика

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 931,7 milyon manat təşkil edib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur.

Təkcə martda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 323,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 20 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 8,7 % artaraq 3 milyard 989 milyon manat olub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости