İndiyə qədər Serbiyaya 450 milyon kubmetrə yaxın qaz ixrac edilib

İndiyə qədər Serbiyaya 450 milyon kubmetrə yaxın qaz ixrac edilib
08.04.2026 17:57 Экономика

İndiyə qədər Azərbaycandan Serbiyaya ümumilikdə 444,6 milyon kubmetr qaz ixrac olunub.

TodayPress TV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçlə görüşdə iki ölkənin strateji tərəfdaşlığının möhkəmləndirilməsi çərçivəsində enerji əməkdaşlığının əsas istiqamətləri - təbi iqaz, elektrik enerjisinin istehsalı, Yaşıl Enerji Dəhlizi, enerji səmərəliliyi və istilik təchizatı üzrə müzakirələr apardıq", - nazir qeyd edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости