Daşınmaz əmlak şirkətlərinə verilən kreditlər azaldı

Daşınmaz əmlak şirkətlərinə verilən kreditlər azaldı
11.04.2026 14:30 Экономика

Bu il mart ayının 1-nə Azərbaycanda daşınmaz əmlak sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə banklar tərəfindən verilən kreditlərin (BOKT-lar istisna olmaqla, vaxtı keçmiş kreditlər daxil edilmədən) həcmi 44 milyon manat təşkil edib.

TodayPress TV bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,5% və ya 39,9 milyon manat azdır. Aylıq müqayisədə isə kreditlərin məbləği 60% və ya 16,5 milyon manat artıb.

Qeyd edək ki, cari ilin martın 1-nə Azərbaycanda real sektora cəmi kredit qoyuluşu 32 milyard 2,5 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,4%, illik müqayisədə isə 9%-ə yaxın artıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости