“Bitcoin”in qiyməti 71 min dollardan aşağı endi

“Bitcoin”in qiyməti 71 min dollardan aşağı endi
09.04.2026 10:05 Экономика

Son 24 saatda kriptovalyuta bazarında əsas aktivlər üzrə nisbi eniş müşahidə edilib.

TodayPress TV xəbər verir ki, ən böyük kriptovalyuta olan “Bitcoin”in qiyməti 0,30% azalaraq 70 780 dollar səviyyəsində qərarlaşıb.

“Ethereum”un qiyməti də 0,26% azalaraq 2 172 dollar olub.

İlk onluqda digər əsas kriptovalyutalardan XRP 1,47% ucuzlaşaraq 2,08 dollar, BNB 0,18% ucuzlaşaraq 596 dollar, "Solana” 2,57% ucuzlaşaraq 159 dollar təşkil edib. Həmçinin, TRON-un qiyməti 0,62% azalaraq 0,233 dollar, “Cardano”nun qiyməti 1,45% azalaraq 0,37 dollar təşkil edib. “Tether” və “USDC” dəyişməyərək 1 dollar olub. Siyahıda yalnız “Dogecoin”in qiyməti 0,97% artaraq 0,195 dollara bərabər olub.

Bazar kapitalizasiyası ümumilikdə sabit qalmağa yaxın olsa da, aparıcı aktivlərdə zəif eniş fonunda investorların daha ehtiyatlı mövqe tutduğu müşahidə olunur. Son eniş əsasən “Bitcoin”in 71 min dollar səviyyəsini qısa müddətə aşdıqdan sonra texniki korreksiyaya məruz qalması ilə bağlıdır. Bununla yanaşı, Yaxın Şərqdə gərginliklə bağlı qeyri-müəyyənlik (o cümlədən İran-ABŞ xətti üzrə xəbərlər) risk iştahını zəiflədib və investorların bir hissəsi qazancı realizə edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости