Xiaomi 18 Pro Max-ın texniki xüsusiyyətləri sızdırıldı

Xiaomi 18 Pro Max-ın texniki xüsusiyyətləri sızdırıldı
12.03.2026 18:45 ИКТ

Çində qarşıdan gələn Xiaomi 18 Pro Max flaqmanı ilə bağlı ilk sızmalar ortaya çıxıb.

TodayPress TV "GSMArena"ya istinadən xəbər verir ki, bu barədə "Digital Chat Station" (DCS) Weibo-da paylaşım edib. 

Məlumata görə, smartfon əvvəlki modeldən daha nazik olacaq və olduqca dar simmetrik çərçivələrə malik 6,9 düymlük düz LIPO OLED ekrana sahib olacaq. Ekran aşağı işıqda parlaqlığı 1 nitə endirə biləcək və BT.2020 rəng məkanını dəstəkləyəcək.

Cihazın, 2 nm proses texnologiyası ilə istehsal edilən yeni Qualcomm Snapdragon 8 Elite Gen 6 prosessoru ilə təchiz olunacağı gözlənilir.

Xatırladaq ki, əvvəlki seriya olan Xiaomi 17 25 sentyabr 2025-ci ildə təqdim edilmişdi. Hazırkı nəsil isə 7000 mAh silikon-karbon batareyasına (qlobal versiyada 6330 mAh) malikdir, Pro və Pro Max modellərində ikinci dərəcəli arxa ekran və 50 MP Light Fusion 950 əsas kamera sensoru var.

Jalə Rövşən 

TodayPress TV