Oyun həvəskarları üçün yenilik: Mini PC təqdim olundu
Çin istehsalçısı Thunderobot diskret qrafik kartlı və güclü prosessorlu 3,2 litrlik yığcam oyun kompüteri MIX G2 modelini təqdim edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, yeni mini PC-nin əsas versiyası 24 nüvəli Intel Core Ultra 9 275HX prosessoru və Nvidia GeForce RTX 5090 Laptop qrafik kartı ilə təchiz olunub.
Daha uyğun qiymətli modellərdə isə 20 nüvəli Core Ultra 7 255HX prosessoru və RTX 5070 Ti Laptop və ya RTX 508 qrafik kartı təqdim olunur.
Cihaz 332 × 212 × 45 mm ölçülərində korpusa malikdir. Qurğuda güc düyməsi, LED işıqlandırma, USB-A/USB-C portları, audio çıxışları, RJ-45, HDMI 2.1 və Thunderbolt 5 mövcuddur.
Soyutma sistemi buxar kamerası və iki ventilyatorla təchiz edilib və prosessordan 120 Vt, videokartdan isə 175 Vt-a qədər istiliyi yaymağa imkan verir.
Digər xüsusiyyətlər:
• DDR5 SO-DIMM yuvası
• PCIe 5.0 M.2 və PCIe 4.0 M.2 yuvaları
• Wi-Fi 6E və Bluetooth 5.3 dəstəyi
Thunderobot MIX G2 noyabrın 20-də satışa çıxarılacaq.
• Core Ultra 7 255HX / RTX 5070 Ti / 32 GB RAM / 1 TB SSD versiyası 14 999 yuan
• Core Ultra 9 275HX / RTX 5090 / 64 GB RAM / 1 TB SSD versiyası 26 999 yuan olacaq.
Bundan əvvəl isə Android cihazlarında Steam-dən PC oyunlarının oynana bilməsi barədə məlumat yayılmışdı.
Jalə Rövşən