“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı

“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı
02.05.2026 17:45 Спорт

Peşəkar Çövkən Liqasında altıncı turun oyunları keçirilib. 

TodayPress TV xəbər verir ki, “Şamaxı” komandası “Omar”la oyunda hesabı açsa da üstünlüyünü sonadək qoruya bilməyib. İkinci hissədə vurulan 2 qol “Omar”a 3-1 hesabı ilə qələbə qazandırıb. 

“Elite” - “Zəfər” oyununda ikincilər sona 5 dəqiqə qalmış 3 top fərqi ilə hesabda geri olsalar da, təslim olmayaraq buraxılmış qollardan ikisinin əvəzini çıxa biliblər. Son saniyələrə kimi “Zəfər”in 2-3 hesablı məğlubiyyətdən qaçması üçün şansları olsa da, bundan istifadə edə bilməyib. 

Turun ikinci oyun gününün mərkəzi matçı “Buta qolden” və “Polad” komandaları arasında keçirilib. Oyunun debütü bütalıların üstünlüyü ilə keçsə də, “Polad” epizodlardan birində rəqib qapısına yol taparaq baxımlı qol vurub. İkinci hissədə də oyunun senarisi dəyişməyib. “Buta qolden” hesabı bərabərləşdirmək üçün penalti vuruşu qazansa da, şansını qaçırıb. “Polad” isə qalan dəqiqələr ərzində daha bir dəfə fərqlənərək 2-0 hesablı qələbə qazanıb. 

Digər 2 qarşılaşmada “Embawood” “Atilla”nın qapısından 7 top keçirdiyi turda, “Sərhədçi” “Xəzər”lə oyunda 6 dəfə fərqlənib.

6 turdan sonra “Sərhədçi” 18 xalla liderdir. “Polad” və “Embawood”un aktivində 15 xal var.

“Sərhədçi”dən Vahid Məmmədov, “Embawood”dan isə Elmir Əliyev 12 topla sərrast oyunçular siyahısında liderliyə yüksəliblər.

Çövkən üzrə Bakıda keçiriləcək dünya çempionatı ilə əlaqədar liqada ay yarımlıq fasilə elan olunub. 

Namiq HUN

TodayPress TV

ФОТО

“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı — 1
“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı — 2
“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı — 3
“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı — 4
“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı — 5
“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı — 6
ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости