Qələbələr var, amma təhlükə də var — Real Madrid niyə sarsılır?

Qələbələr var, amma təhlükə də var — Real Madrid niyə sarsılır?
11.02.2026 11:56 Спорт

Son illərdə “Real Madrid”də əsas dönüş nöqtəsi məşqçi dəyişikliyi oldu. Karlo Ançelottinin ayrılmasından sonra klub yeni layihəyə start verdi və Xabi Alonso ilə yeni futbol fəlsəfəsi qurmağa çalışdı. 


Lakin bu keçid dövrü gözləniləndən çətin keçir. Komanda əvvəlki stabil modelini itirib. Yeni sistem tam oturuşmayıb. Nəticələr dalğavari xarakter alıb. 

Yeni ideyalar tətbiq olunarkən oyun modelində qeyri-sabitlik yaranması futbol tarixində tipik haldır, lakin Madrid kimi nəticə tələb edən klub üçün bu daha sərt təzyiq yaradır.

Komandanın əsas problemlərindən biri böyük oyunlarda ciddi geriləməsidir. Son statistik analizlər göstərir ki, top klublara qarşı son 2 ildə nəticələr ciddi şəkildə pisləşib. Real yalnız 23 oyunda 7 qələbə qazanıb. Qol realizasiyası 51%-dən 38%-ə düşüb. Müdafiədə buraxılan qol ortalaması kəskin artıb. Bu isə göstərir ki, problem sadəcə forma deyil, sistematikdir.


Digər problem Mbappe asılılığıdır ki, bu da komandada balansı pozur. Kilian Mbappe 38 qol vurub. Digər bütün oyunçular isə birlikdə 39 qol vurublar. Hücum planı bir oyunçuya həddindən artıq bağlıdır. Alternativ qol mənbələri zəifdir. Komanda struktur olaraq balanslı deyil. 


Tarixən “Real Madrid” çoxqollu kollektiv hücumla dominant olurdu. Hazırda isə klubda fərdi superstar modeli önə çıxır.

Zədə problemi də komandanın oyununa öz damğasını vurur. Məşqçi heyət problemləri səbəbindən taktiki planı dəyişməyə məcbur qalır.

Oyun keyfiyyətinə gəlincə, nəticə var, dominantlıq yoxdur. Mbappe üzərindən sürətli keçidlərə rəğmən, komanda az təhlükəli epizod yaradır. “Real” bəzən yarı yolda qalır. Komanda nə tam pressinq edir, nə də dərin müdafiə olunur.

Qeyd edək ki, əgər liderlik və taktiki struktur stabilizasiya olunsa, “Real” bu mövsüm hələ də titul yarışında qalacaq.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости