Hüseyn Ağayev Tokioda qələbələrlə 1/16 finala yüksəldi

Hüseyn Ağayev Tokioda qələbələrlə 1/16 finala yüksəldi
07.02.2026 17:54 Спорт

Azərbaycanın sumo güləşçisi Hüseyn Ağayev Tokioda keçirilən 16-cı Hakuho kubokunda iştirak edib. 

TodayPress TV-nin AZƏRTAC-a istinadən verdiyi məlumata görə, 14-15 yaşlı idmançı yarışın ilk üç qarşılaşmasında yapon və braziliyalı rəqiblərinə qalib gələrək 1/16 finala yüksəlib.

Hüseyn Ağayev həmin turda turnirin əsas favoritlərindən biri olan digər yapon güləşçiyə məğlub olub.

Yarışda Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov da hakim kimi iştirak edib. O, artıq üçüncü ildir ki, Hakuho turnirində yeganə əcnəbi hakimdir.

Namiq HUN

TodayPress TV

ФОТО

Hüseyn Ağayev Tokioda qələbələrlə 1/16 finala yüksəldi — 1