Futbol azarkeşlərini bu gün iki maraqlı duel gözləyir
Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları davam edir.
TodayPress TV xəbər verir ki, bu gün iki qarşılaşma keçiriləcək.
Çempion “Sabah” səfərdə “Turan Tovuz” klubu ilə üz-üzə gələcək.
“Bank Respublika Arena”da keçiriləcək matçın baş hakimi Rauf Cabarov olacaq.
Görüş saat 17:00-da start götürəcək.
Günün son matçı isə Sumqayıtda baş tutacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt” klubu “Qarabağ”ı qəbul edəcək.
Elvin Bayramovun idarə edəcəyi qarşılaşma saat 19:30-da başlayacaq.
Namiq HUN