Derbinin qalmaqalı bahalı başa gəldi
“Fənərbağça” klubunun futbolçusu Mert Hakan Yandaş cəzalandırılıb.
TodayPress TV xəbər verir ki, o, Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurasının (PFDK) qərarı ilə 3 oyunluq diskvalifikasiya və 120 min TL cərimə olunub.
Yarımmüdafiəçi Super Liqanın XIV turunda “Qalatasaray”la matçda rəqib komandaya qarşı təhqiramiz ifadələr işlətdiyinə görə cəzalandırılıb.
“Fənərbağça” – “Qalatasaray” qarşılaşması 1:1 hesabı ilə başa çatıb.
Namiq HUN