Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirildi

Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirildi
06.11.2025 14:19 АРМИЯ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

TodayPress TV xəbər verir ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilib.

Hazırlıq məşqləri zamanı Bakı şəhərində və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunub.

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости