Azərbaycanın Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verdi

Azərbaycanın Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verdi
11.11.2025 19:15 АРМИЯ

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Başsağlığında deyilir: "Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости