Yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı
Şəmkir rayonunda yaşayış evində meyit aşkarlanıb.
TodayPress TV xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü E.Əlizadənin meyiti yaşadığı evdə yaxınları tərəfindən tapılıb.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.