Saatlıda mübahisə qanla bitdi

Saatlıda mübahisə qanla bitdi

Saatlı rayon sakini həmkəndlisi tərəfindən qətlə yetirilib.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğlu mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV