Gəncədə qəza- 4 nəfər xəsarət aldı

Gəncədə qəza- 4 nəfər xəsarət aldı

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan “VAZ 2107” və “BYD” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV