Gəncədə avtomobillə moped toqquşdu: Xəsarət alan var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, şəhər ərazisində minik maşını ilə moped toqquşub.
Qəza zamanı mopedin sürücüsü 2009-cu il təvəllüdlü F.Huseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
(APA)