Ağdaşda avtomobil aşdı - Sürücü yaralandı

Ağdaşda avtomobil aşdı - Sürücü yaralandı

Ağdaşda qadın sürücünün idarə etdiyi maşın aşıb.

TodayPress TV xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistrallnın rayonun Ləki qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. Paytaxt sakini - İmanova Şəlalə İldırım qızının idarə etdiyi "Hundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Yaralı sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV