Diplom və attestatlar tam elektron formada təqdim olunacaq
Nazirlər Kabinetinin yeni qərarına əsasən diplomlar, attestatlar, sertifikatlar və əlavələr tam elektron formada təqdim olunacaq.
TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev deyib.
Onun sözlərinə görə, Təhsilini tamamlamayan şəxslərə verilən arayışlar da artıq elektron sənəd şəklində təqdim ediləcək.
Əlavə məlumat üçün Nazirliyin saytına daxil olmaq mümkündür:
https://edu.gov.az/az/news-and-updates/22728-1
Jalə Rövşən