“Brent” neftinin qiyməti 103 dolları keçdi
Londonun ICE birjasında "Brent” markalı neftin fyuçersləri 2.67% artaraq 103.14 dollar olub.
TodayPress TV xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 bareli isə 3.11% dəyər qazanıb.
Nəticədə bu markalı neft 98.71 dollardan ticarət edilib.