Azərbaycandan tranzit yolu ilə Ermənistana buğda və gübrə göndəriləcək
Mayın 29-u Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək.
TodayPress TV xəbər verir ki, ölkəyə 4 vaqon buğda və 4 vaqon gübrə tədarük olunacaq.
Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.