“Xalq “get” desə, mən kiməm ki, getməyim?” – Paşinyan

“Xalq “get” desə, mən kiməm ki, getməyim?” – Paşinyan
23.05.2026 20:25 В мире

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində İrəvanın Avan rayonuna səfər edib.

TodayPress TV “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyanın rəhbərliyi ilə Avan rayonunda yürüş edən hakim “Vətəndaş Müqaviləsi” nümayəndələri sakinlərlə görüşüb, seçki bukletləri paylayıb və xalqı seçkilərdə fəal iştirak etməyə çağırıblar.

Baş nazir öz çıxışında ölkədə yeganə qərarverici qüvvənin xalq olduğunu iddia edib:“Bu, mənim və komandamın siyasi fəaliyyətinin əsas prinsipidir. Xalq mənim getməli olduğumu qərara aldığı an heç bir müzakirə aparmadan postumu tərk edəcəyəm. Əgər seçicilərin yarısından çoxu (50+1%) “Nikol, qal” desə, qalacağam. Yox, əgər “get” desələr, Nikol kimdir ki, getməsin? Nikol sadəcə bir xidmətçidir. Görmüsünüzmü, xidmətçi “yox, getmirəm” deyə bilərmi?”.Xatırladaq ki, Ermənistanda mayın 8-də start götürən seçkiqabağı təşviqat kampaniyası iyunun 5-nə qədər davam edəcək. Parlament seçkilərində iştirak etmək üçün 19 siyasi qüvvə (2 ittifaq və 17 partiya) qeydiyyatdan keçib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости