Uitkoff: “Əbu-Dabidəki görüşlər konstruktiv keçdi”
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Əbu-Dabidə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı keçirilən üçtərəfli görüşləri konstruktiv kimi qiymətləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə Uitkoff “X” sosial şəbəkəsində yazıb.
O bildirib ki, 4-5 fevral tarixlərində ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətlərinin Əbu-Dabidə münaqişənin dayandırılması istiqamətində keçirdikləri ikinci üçtərəfli görüş konstruktiv xarakter daşıyıb. Danışıqlarda əsas diqqət davamlı sülh üçün zəruri şəraitin yaradılmasına yönəlib.
Aysel Mətləb