Şoyqu Cənubi Qafqazda "3+3" formatının bərpasını vacib sayır

Şoyqu Cənubi Qafqazda "3+3" formatının bərpasını vacib sayır
05.11.2025 13:20 В мире

"Cənubi Qafqazda “3+3” regional əməkdaşlıq formatının fəaliyyətini bərpa etmək vacibdir".

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin iclasında bildirib.

O qeyd edib ki, “3+3” məsləhətçi platformasının işi regionda sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Regionda nəqliyyat kommunikasiyalarının açılması və üçtərəfli işçi qrup çərçivəsində əldə olunan razılaşmaların icrası böyük önəm kəsb edir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, ümumilikdə Cənubi Qafqazda vəziyyət müsbət istiqamətdə dəyişir.

Aysel Mətləb

TodayPress TV