Qəzzada həlak olanların sayı açıqlandı
Qəzza zolağında müharibə başlayandan bu günə kimi 55,104 nəfər həlak olub, 127,394 nəfər isə yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
2023-cü il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib.
Aynur TAC