İsrailin Livana hücumlarında ölənlərin son sayı AÇIQLANDI

İsrailin Livana hücumlarında ölənlərin son sayı AÇIQLANDI
29.05.2026 00:00 В мире

İsrail ordusunun Livana qarşı hücumları atəşkəs rejiminə baxmayaraq davam edir.

TodayPress TV xəbər verir ki, Livan Səhiyyə Nazirliyi İsrailin 2 mart tarixindən bu yana həyata keçirdiyi hücumlarla bağlı son statistikanı açıqlayıb.

Məlumata görə, son 24 saat ərzində hücumlar nəticəsində daha 55 nəfər həyatını itirib və bununla da ümumi ölənlərin sayı 3 324-ə yüksəlib. Hücumlar zamanı ümumilikdə 10 027 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, İsrail ilə Livan arasında 17 aprel tarixində qüvvəyə minən atəşkəs rejimi 17 maydan etibarən daha 45 gün uzadılıb. Buna baxmayaraq, İsrail ordusunun Livan ərazisinə zərbələri davam etdirilir.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости