Hindistan universiteti Azərbaycanla əməkdaşlıq sazişlərini ləğv etdi

Hindistan universiteti Azərbaycanla əməkdaşlıq sazişlərini ləğv etdi
17.05.2025 13:25 В мире

Hindistanın tanınmış özəl ali təhsil müəssisəsi olan Lovely Professional University (LPU), Türkiyə və Azərbaycanla bütün elm və təhsil sahəsində bağladığı bütün əməkdaşlıq sazişlərini ləğv edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Universitetin yaydığı rəsmi bəyanatda deyilir. 

Bu qərarın səbəbi kimi bu iki ölkələrin son zamanlar Hindistan və Pakistan arasında yaşanan gərginlik zamanı Pakistanı dəstəkləyən mövqe tutmaları göstərilib. 

Universitetin yaydığı rəsmi bəyanatda ümumilikdə altı akademik əməkdaşlıq müqaviləsi ləğv edildiyi qeyd olunur.

Bu qərar nəticəsində tələbə və müəllim mübadiləsi proqramları, birgə elmi tədqiqat layihələri, ikili diplom proqramları və digər bütün akademik fəaliyyətlər dərhal dayandırılıb.

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости