Əraqçi və Qalibaf sülh danışıqları üçün Qətərə yollanıb

Əraqçi və Qalibaf sülh danışıqları üçün Qətərə yollanıb
25.05.2026 16:34 В мире

İran parlamentinin spikeri Məhəmmədbaqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Qətərə səfər edib.

TodayPress TV xəbər verir ki, iranlı nümayəndələr paytaxt Dohada Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşəcəklər.

Görüşün gündəliyində İran-ABŞ müharibəsinin sonlandırılması, Hörmüz boğazı və zənginləşdirilmiş uran maddəsi olacaq.

Qeyd edək ki, bundan əvvəl İranın Mərkəzi Bankının direktoru Əbdülnasir Hemmətinin Qətərə səfər etdiyi və İranın bloklanmış aktivlərinin azad edilməsinin müzakirə olunacağı bildirilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости