ABŞ və İran razılığa gəldi: Atəşkəs 60 gün uzadılır, nüvə danışıqları başlayır
ABŞ və İran atəşkəsin 60 gün uzadılması və Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün anlaşma memorandumu barədə razılığa gəliblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid sosial mediada məlumat verib.
"ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər. Lakin Prezident Donald Tramp hələlik yekun razılığını verməyib. Prezident vasitəçilərə bildirib ki, yekun qərar verməzdən əvvəl bunu nəzərdən keçirmək üçün bir neçə günə ehtiyacı var", - deyə bildirilib.