"WUF13" Təşkilat Komitəsinin iclası keçirildi

"WUF13" Təşkilat Komitəsinin iclası keçirildi

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin mayın 7-də iclası keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, "WUF13"ün başlanmasına az vaxt qaldığını və mayın 17-dən 22-dək Bakı şəhərinin dünyanın şəhərsalma və dayanıqlı inkişaf gündəliyi üzrə ən mötəbər beynəlxalq platformalarından birinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halını aldığını bildirib. Samir Nuriyev "WUF13"ün Azərbaycanın müasir şəhərsalma baxışının, dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələrin, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq modelinin beynəlxalq miqyasda təqdimatı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Cari 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin WUF13-ün əhəmiyyətini daha da artırdığı qeyd olunub. Belə ki, Forumun bu çərçivədə il ərzində həyata keçirilən tədbirlərin məntiqi davamı və əsas beynəlxalq mərhələsi kimi çıxış etdiyi diqqətə çatdırılıb.

Samir Nuriyev Forumda iştirak üçün bu günədək 177 ölkədən 28 mindən çox şəxsin qeydiyyatdan keçdiyini, onların təxminən yarısının xarici nümayəndələr təşkil etdiyini bildirərək, bunun "WUF13"ə beynəlxalq marağın yüksək göstəricisi olduğunu qeyd edib.

Təşkilat Komitəsinin sədri Azərbaycanın təşəbbüsü ilə "WUF" tarixində ilk dəfə keçiriləcək Liderlərin Bəyanatları seqmentinin Forumun siyasi və substantiv baxımdan əsas yeniliklərindən biri olduğunu, bu toplantının şəhərsalma və dayanıqlı məskunlaşma məsələlərini ali səviyyəli qlobal müzakirə predmetinə çevirəcəyini diqqətə çatdırıb.

Liderlər seqmentinə, həmçinin Azərbaycanın sədrliyi ilə keçiriləcək "WUF13" Nazirlər Görüşünə, Azərbaycan tərəfindən təşkil olunacaq Xüsusi Sessiyaya, Azərbaycan pavilyonunda nəzərdə tutulan tədbirlərə və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin təqdimatına hazırlığın xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, protokol, nəqliyyat və təşkilati-logistika sahələrində görülmüş işlər, habelə gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, "WUF13"ün Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində formalaşmış müsbət təcrübəsinin növbəti uğurlu nümunəsinə çevriləcəyinə əminliyini bildirib.

Samir Nuriyev "WUF13"ə hazırlıq prosesinin yekun mərhələsində aidiyyəti qurumlar tərəfindən müvafiq məsələlərin operativ və uzlaşdırılmış qaydada həll edilməsi, həmçinin bütün istiqamətlər üzrə işlərin daha da intensivləşdirilməsi və başa çatdırılması barədə tapşırıqlar verib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости