Şuşada minatəmizləmə fəaliyyətinin aparılması qaydaları dəyişdi

Şuşada minatəmizləmə fəaliyyətinin aparılması qaydaları dəyişdi

Şuşa ərazisində minatəmizləmə fəaliyyətinin aparılması qaydaları dəyişib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı barədə "Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Belə ki, Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verəcəklər. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.

Eyni zamanda tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости