Ötən il qeydiyyat üçün müraciət edən əcnəbilərin sayı açıqlanıb

Ötən il qeydiyyat üçün müraciət edən əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı 2025-ci il ərzində 360 min 233 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib.

Bu barədə TodayPress TV-yə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, onlardan 217 min 779-u birbaşa, 142 min 454-ü isə elektron qaydada müraciət ediblər.

2025-ci il ərzində 806 min 91 nəfərin Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı, 1248 nəfərin isə vətəndaşlıq məsələləri ilə bağlı müraciəti qeydə alınıb.

Sözügedən dövrdə 8984 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı DMX-yə müraciət ünvanlayıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости