Ötən il 540 nəfər Azərbaycana readmissiya olunub
Ötən il 540 nəfər Azərbaycana readmissiya olunub.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Qeyd edək ki, sözügedən proses Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilir.