Milli Məclis "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiq edəcək

Milli Məclis "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiq edəcək

Milli Məclis Birləşmiş Millətlər Təşkilatının (BMT) "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiq edəcək.

TodayPress TV xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabahkı iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi "İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı" Konvensiyasının təsdiq edilməsi haqqındadır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости