Bu şəxslərə təminat və kompensasiyaların verilməsi qaydaları dəyişdi

Bu şəxslərə təminat və kompensasiyaların verilməsi qaydaları dəyişdi

Nazirlər Kabineti 21 yanvar 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərarla Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında dövlət məvacibinin, aylıq əlavənin və digər təminatlarla bağlı ödənişlərin həyata keçirildiyi valyutaların növləri siyahısına Bəhreyn Krallığı da əlavə edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycanın Bəhreyndə (paytaxt Manamada) Səfirliyi təsis edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 июня 2026
Все новости