Tıxac başlayır, saat 17:00-dan 21:00-a kimi vətəndaşlar evinə çata bilmir

Tıxac başlayır, saat 17:00-dan 21:00-a kimi vətəndaşlar evinə çata bilmir
08.05.2026 16:09 Общество

“Bu gün Abşeron və Sumqayıtın ən böyük şəhərsalma problemi yollardır”. 

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 130/Ü nömrəli 20.02.2026-cı il tarixli Əmri ilə təsdiq edilmiş İş Planı üzrə “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda tədbirdə “Davamlı İnkişaf Cəmiyyəti” ictimai birliyinin sədri Fikrət Cəfərov deyib. 

O, Abşerondakı vəziyyətdən bəhs edib:

“Xırdalanda 2 böyük massiv tikilib. Tıxac başlayır, saat 17:00-dan 21:00-a kimi orada yaşayanlar evinə çata bilmir. 10 min insan orada yaşayırsa, ən azı 3-4 mini gündəlik işə gedib-gəlir. Bu gün Abşeron və Sumqayıtın ən böyük şəhərsalma problemi yollardır. Bakıda boş yer yoxdur, yolları genişləndirmək olmur. Kanat yolu təklif oluna bilər. 1 nəqliyyat üçün ödəniş etməklə 20 dəqiqəyə bir yerə çatmaq olar”.

F.Cəfərovun fikrincə, digər problem su qıtlığıdır:

“Yaşıllıqlar içməli su ilə qidalanır, başqa su yoxdur. Parisdə bu gün mərkəzdə, yerin altında 12 ədəd 10 min kubmetrlik yağış suyu yığan anbar tikilir. Azərbaycan su qıtlığı ilə rastlaşacaq. Bir tərəfdən sellər, bir tərəfdən su qıtlığı. Çünki sel və daşqın suları sürətlə dənizə gedir, ərazidə qalmır”.

Sədr bir digər məsələni də vurğulayıb:

“Bu gün Çinə gedirsən, hündür binalarda bağ salıblar. Bakıda Mərkəzi Univermağın yanındakı qarajda yaşıllıq salmağa çalışdılar, ondan da hazırda heç nə qalmayıb. Çünki baxmadılar. Ekologiya ilk növbədə havanın təmizlənməsi, oksigenin verilməsidir. 5-6 ağac əkib ona qulluq etməsəniz, ekologiyadan danışa bilməzsiniz”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости