İlahiyyatçı: “Dini tərbiyə adı altında uşaqlar istismar olunur”

İlahiyyatçı: “Dini tərbiyə adı altında uşaqlar istismar olunur”
28.01.2026 15:59 Общество

“İstər uşaq, istər böyük olsun, insanları hansısa dini inanca məcbur etmək dini baxımdan qəbul olunmur”.

İlahiyyatçı Tural İrfan bu fikirləri TodayPress TV-yə açıqlamasında deyib.


O qeyd edib ki, eyni prinsiplər Quranda da öz əksini tapır:

“İstəyən kafir, istəyən mömin olsun. Dinlər insan həyatında əsasən tövsiyə və istiqamət vermək məqsədi daşıyır. Lakin zamanla dinlərin xurafata qarışması, mahiyyətindən uzaqlaşması və bəzən siyasi təsirlərə məruz qalması insanların məcburi şəkildə bu inanclara yönəldilməsinə səbəb olub. Bu da din–dövlət münasibətlərində təlatümlərə, radikalizmin yaranmasına gətirib çıxarır. Dövlətimizin qəbul etdiyi qanunlar isə həm beynəlxalq hüquq və insan haqlarını, həm də milli və mənəvi dəyərləri nəzərə alaraq bu məsələlərin tənzimlənməsini təmin edir”.

Ekspert bildirib ki, bəzi hallarda uşaqları radikal dini inanclı valideynlər öz əqidələrinə, ibadətinə və həyat tərzinə məcbur edirlər ki, bu da dində doğru qəbul olunmur:

“İnsan tam həddi-buluğa çatdıqdan sonra öz arzusu ilə könüllü şəkildə hansısa dinə, inanca sahib ola bilər. Uşaqları isə yalnız düzgün istiqamətə yönəltmək və təşviq etmək olar, məcbur etmək olmaz. Dini tərbiyə adı altında uşaqlar tez-tez istismar olunur, onları məcburi şəkildə hicaba, ayinlərə qatmağa çalışırlar ki, bu da həm psixoloji, həm də fiziki sağlamlıqlarına ciddi zərbə vurur. Xarici dini təsirlərdən istifadə edənlər uşaqları qabağa verərək ayin və tədbirlərdə sui-istifadə edirlər. Uşaqlar isə dini mükəlləfiyyətə çatana qədər öz qərarlarını verə bilməzlər. Onları nəyəsə inanmağa və ya inanmamağa məcbur etmək həm dini baxımdan günahdır, həm də qanuni cəhətdən cinayətdir”.

İlahiyyatçı uşaqların dinə etiqad etməyə məcbur edilməsini qadağan edən qanunu təqdir edir. Onun fikrincə, bu qanun mənəvi dəyərlərə hörmət və uşaqların istismarının qarşısını almaq məqsədi daşıyır:

“Yaxşını pisdən ayıra bilməyən uşaqları məcburi şəkildə hansısa inanca yönəltmək əslində dini dəyərlərə hörmətdir. Dinin əsli azadlıq üzərində qurulub, insanın seçim imkanını məhdudlaşdırmır. Təəssüf ki, tarix boyu dinlər təhrif olunub, şəxsi və siyasi maraqlar üçün xurafat və məzhəblərə bölünüb. Bu da uşaqların və qadınların hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarıb. Uşaqlar elmə və təhsilə yönəldilməlidir; onların inancı isə müstəqil, sağlam və düşünülmüş olmalıdır. Valideynlər uşaqları öz inanclarına da məcbur edə bilməzlər”.

Qeyd edək ki, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yeni layihəyə əsasən, valideynlər (və ya onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları öz dini əqidələrinə uyğun tərbiyə edə biləcəklər. Eyni zamanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunub və dini tərbiyənin onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməsi təmin edilməlidir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости