İcbari tibbi sığorta haqqının məbləğinə dəyişiklik edildi
"Qeyri-dövlət və qeyri-neft/qaz sektorunda işləyənlər üzrə sığortahaqqının hesablanması qaydası dəyişdirilib".
TodayPress TV xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında deyib.
"İşəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %, İşçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %".
Qeyd edək ki, əvvəl bu məbləğ 8000 manat idi.
Türkan İsgəndərli