Əlində qumbara həkimi qucaqlayıb və özünü partladıb - Onkologiya dəhşətinin arxa planı

Əlində qumbara həkimi qucaqlayıb və özünü partladıb - Onkologiya dəhşətinin arxa planı
01.05.2026 22:44 Общество

Milli Onkologiya Mərkəzində qumbara ilə partlayış törədən şəxsin zərərçəkmiş həkim-onkoloq Asif Nəsirovun xəstəsi olmadığı bildirilib.

TodayPress TV xəbər verir ki, Asif həkim qumbara ilə hücum edəni zərərsizləşdirmək, onun səbəbi bilinməyən aqressiyası ilə insanlara zərər vurmasının qarşısını almaq üçün xəstəni sakitləşdirmək məqsədilə ona yaxınlaşıb.

Bildirilib ki, həmin şəxs həkimi qucaqlayaraq partlayışı həyata keçirib. Hadisə zamanı həkim ağır yaralanıb.

Qeyd olunub ki, həkimlə bağlı səsləndirilən ittihamlar həqiqəti əks etdirmir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 июня 2026
Все новости