Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izlədi

Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izlədi
21.05.2026 17:18

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İzmirin Doğanbey bölgəsində keçirilən "EFES-2026" çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nə qatılıb.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel məruzə edərək təlimin ümumi gedişatı, qarşıya qoyulmuş tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə məlumat verib.

Qeyd olunub ki, "EFES-2026" təlimində ilk dəfə olaraq T625 GÖKBEY helikopterləri, 105 mm Boran yedəkli haubitsaları, MEMATT minatəmizləmə vasitələri, KARAOK, UMTAS və L-UMTAS tank əleyhinə raket sistemləri, eləcə də ASLAN SARP UKKS insansız yerüstü idarə olunan kəşfiyyat və atəş vasitələrindən istifadə edilir.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bu cür təlimlərin əhəmiyyətini qeyd edib və hərbi qulluqçulara uğurlar diləyib.

Təlimi izləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün iştirakçılarını salamlayıb, "EFES-2026" təliminin regional və qlobal sülhə, əmin-amanlığa və sabitliyə böyük töhfə verdiyini vurğulayıb.

Sonra təlimə cəlb edilən bölmələr praktiki olaraq müxtəlif taktiki epizodları icra ediblər.

Daha sonra yüksək səviyyəli nümayəndələr aviasiya vasitələrinin nümayiş uçuşlarını, xüsusi təyinatlıların paraşüt tullanışlarını və "Mehteran" birliyinin çıxışlarını izləyiblər.

"Yüksək Səviyyəli Müşahidəçi Günü" çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Sərgisinə gələn qonaqlar nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.

Beynəlxalq təlimdə iştirak edən Azərbaycan hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.

TodayPress TV

ФОТО

Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izlədi — 1
Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izlədi — 2
Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izlədi — 3
Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izlədi — 4
Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izlədi — 5
Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izlədi — 6
Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izlədi — 7
Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izlədi — 8
Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izlədi — 9
ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости