Xətkeşlə çəkilən xəritəyə YENİ BAXIŞ – Kim kimi seçəcək?

Xətkeşlə çəkilən xəritəyə YENİ BAXIŞ – Kim kimi seçəcək?
11.03.2026 17:26

ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı İranın gələcək siyasi-coğrafi taleyi ilə bağlı diqqətçəkən açıqlama verib. 


Ona ünvanlanan “Amerikanın hücumundan sonra İranın xəritəsi əvvəlki kimi qalacaqmı?” sualına Tramp “Deyə bilmərəm. Düşünürəm ki, yox” cavabını verib.

Bu qısa, lakin son dərəcə mühüm ifadə əslində Vaşinqtonun bölgə ilə bağlı mümkün planları barədə ciddi suallar doğurur. 

ABŞ Prezidenti açıq şəkildə İranın mövcud sərhədlərinin və ya siyasi quruluşunun dəyişə biləcəyi ehtimalını istisna etmir. Bu isə müharibənin yalnız hərbi deyil, həm də geosiyasi nəticələrinin ola biləcəyinə işarə edir.

Bəs Tramp bu eyhamı ilə nəyi nəzərdə tutur? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, ABŞ–İsrail ilə İran arasında davam edən qarşıdurmanın uzun sürəcəyi və dünyanın müxtəlif bölgələrində gərginlikləri daha da şiddətləndirəcəyi ehtimalı olduqca yüksəkdir. 


“ABŞ Prezidenti Donald Trampın bu savaşın sonunda İranın siyasi xəritəsinin dəyişə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlər də bir daha deməyə əsas verir ki, Yaxın Şərq ölkələri bu müharibənin nəticələrindən doğacaq yeni reallıqları qəbul etmək məcburiyyəti ilə üz-üzə qala bilərlər”.  

F.Məhərrəmlinin sözlərinə görə, uzun illərdir, beynəlxalq elmi və siyasi dairələrdə “Böyük Orta Şərq” layihəsi geniş müzakirə mövzusu kimi gündəmdədir:


“Onsuz da Yaxın Şərqin bugünkü xəritəsi Birinci Dünya müharibəsinin qalib dövlətləri tərəfindən xətkeşlə çəkilmişdi və indi — yüz ildən sonra həmin xəritənin yenidən şəkilləndirilməsinə cəhd edildiyi barədə fikirlər getdikcə daha çox səslənir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости