Strateji Tərəfdaşlıq Şurası: Azərbaycan və Serbiyaya NƏ VƏD EDİR?

Strateji Tərəfdaşlıq Şurası: Azərbaycan və Serbiyaya NƏ VƏD EDİR?
16.02.2026 21:56

Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.


Serbiya Prezidenti Aleksandar Vuçiç iclasda bildirib ki, bu iclas ikitərəfli münasibətlərdə dönüş nöqtəsidir və ölkələr arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir:

"Bu Şura əziz dostum, Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir". 

Bəs Bakı bu münasibətlərdə hansı üstünlükləri əldə edə bilər?

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov TodayPress TV-yə danışarkən bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir, lakin ticarət dövriyyəsi potensialdan geri qalır.


"Serbiya ilə Azərbaycan arasında siyasi münasibətlər ən yüksək səviyyədədir və həm dövlətlər, həm də dövlət başçıları arasında əlaqələr nümunəvi xarakter daşıyır. Serbiya Balkanlarda Azərbaycanın dayağı kimi çıxış edir və rəsmi Bakının mövqeyini daim dəstəkləyir. Yəqin ki, bundan sonra da bu cür dostluq münasibətləri davam edəcək", - deyə analitik vurğulayıb.

Siyasi şərhçi iqtisadi sahədə mövcud vəziyyətə toxunaraq qeyd edib ki, Azərbaycanla Serbiya arasında xarici ticarət dövriyyəsi artım nümayiş etdirsə də, hazırkı səviyyə hər iki ölkəni qane edə bilməz. Onun sözlərinə görə, 100 milyon dollardan bir az artıq ticarət dövriyyəsi Azərbaycan və Serbiya üçün çox azdır və yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə real addımlar atılacaq.


A. Səmədovun fikrincə, Serbiya Azərbaycan qazı üçün yeni bazardır və bu, qaz ixracının şaxələndirilməsinə imkan verir. O xatırladıb ki, 44 günlük müharibə dövründə Azərbaycan Serbiyadan hərbi sənaye məhsulları alıb və bu proses hazırda da davam edir. Politoloq əlavə edib ki, gələcəkdə iki ölkə arasında birgə hərbi müəssisələrin yaradılması da mümkündür və bu, əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilə bilər.

"Logistika sahəsində də Serbiyanın xüsusi rolu var. Çindən və Mərkəzi Asiyadan Orta Dəhliz vasitəsilə Avropaya daşınan yüklərin çatdırılmasında Serbiya mühüm əhəmiyyətə malikdir və Azərbaycan bu imkanlardan istifadə etmək niyyətindədir", - deyə o qeyd edib.

Bununla yanaşı, politoloq Azərbaycan şirkətlərinin, xüsusilə Dövlət Neft Şirkətinin və digər qurumların Serbiyada investisiya layihələri həyata keçirə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı məhsullarının Serbiya bazarına çıxarılması da mümkündür və mövcud siyasi münasibətlər qısa müddətdə ticarət dövriyyəsinin bir neçə dəfə artırılmasına şərait yaradır.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости