TƏCİLİ: İran ordusu cənubdan raket hücumu başlatdı

TƏCİLİ: İran ordusu cənubdan raket hücumu başlatdı
29.05.2026 00:13

İran Silahlı Qüvvələri ölkənin cənub bölgələrindən müəyyən hədəflərə doğru raket zərbələri endirib.

TodayPress TV xəbər verir ki, raketlərin dəqiq hədəfi barədə hələlik rəsmi məlumat verilməsə də, bəzi mənbələr Fars körfəzi sularında mümkün hərbi qarşıdurmanın baş verdiyini bildirirlər.

Yayılan məlumatlarda İranın hava hücumundan müdafiə (HHM) sistemlərinin ABŞ-yə məxsus "MQ-9" tipli pilotsuz uçuş aparatını (PUA) vurduğu iddia edilir.

Lakin, məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

TodayPress TV