İsrail yenidən hərəkətə keçir: "İranla müharibə tezliklə bərpa oluna bilər"
İsrailin Müdafiə naziri İsrail Katz İranla müharibənin tezliklə bərpa oluna biləcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Müdafiə Nazirliyinin Təl-Əvivdəki qərargahında keçirilən hərbi tədbirdə danışıb.
"Məqsədlərimizə nail olmaq üçün tezliklə yenidən hərəkətə keçməyimiz lazım gələ bilər. İran ötən il ərzində bütün sahələrdə onu illərlə geriyə salan olduqca ağır zərbələr alıb", - deyə nazir bildirib.
Xatırladaq ki, daha əvvəl Katz İsrailin İrana qarşı müharibəni bərpa etmək üçün ABŞ-dən "yaşıl işıq" gözlədiyini vurğulamışdı.
Aysel Mətləb