BƏƏ-yə sərt mesaj: İran mediası strateji obyektləri göstərdi
BƏƏ cavab verəcəyi təqdirdə onun kommunikasiya, internet kabellərini bütün data mərkəzlərini və əsas boru kəməri olan Füceyrə-Badxşan boru kəməri məhv ediləcək.
TodayPress TV xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl İrandan BƏƏ-nin Əl-Füceyrə əmirliyindəki neft-sənaye kompleksi ərazisinə pilotsuz uçuş aparatı zərbəsi nəticəsində güclü yanğın baş verib və mülki müdafiə xidməti yanğının söndürülməsinə başlayıb. Hadisə nəticəsində üç Hindistan vətəndaşı yaralanıb.